Balakəndə stomatoloqlardan hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıblar
Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan şikayətlə bağlı həyata keçirdikləri tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıblar.
M.Nağıyev və E.Əliyevin, əsasən, stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəldikləri, zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçirdikləri bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?
Sentyabrın 21-dən 27-dək olan həftə bəzi bürclər üçün yeni imkanlar, münasibətlərdə dəyişikliklər və gözlənilməz xəbərlərlə yadda qala bilər. BAKU.WS xəbər veri...