Balakəndə dolu nəticəsində ziyan dəyən evlər bərpa olunur - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 7-də Balakəndə dolu nəticəsində ziyan dəyən evlər bərpa olunur.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, baş verən qasırğa nəticəsində şəhər ərazisində 40 ailənin yaşadığı beşmərtəbəli binanın dam örtüyü tamamilə uçub, Katex kəndinin "Kombinat" adlanan ərazisində isə iri dənəli dolu 117 fərdi yaşayış evinin və 1 məscid binasının dam örtüyünə və yardımçı tikililərə, habelə ev əşyalarına zərər vurub.
Baş verən hadisə ilə bağlı Nazirlər Kabinetinə və FHN-ə bildirilib, rayon icra hakimiyyəti, fövqəladə hallar komissiyası və FHN-nin aidiyyəti mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilib.
Belə ki, 40 ailənin yaşadığı beşmərtəbəli yaşayış binasının dam örtüyü üç gün müddətində bərpa edilib. Bələdiyyə tərəfindən tam ciddi ziyan çəkən 21 ailəyə 1 040 ədəd azbes şifer paylanıb, icra hakimiyyəti tərəfindən 102 ailəyə 150 manat olmaqla yardımın edilməsi nəzərdə tutulub.
Bundan başqa, FHN tərəfindən Katex kəndində evlərin dam örtüyü üçün dəmir metal vərəqələrin paylanılması təmin olunub. İcra hakimiyyətindən əlavə olaraq bildirilib ki, növbəti günlərdə də bu proses mərhələli şəkildə davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...