Balakən rayonunun Baş Planının icra vəziyyəti müzakirə edilib
Avqustun 3-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev şəhərin Baş Planının icra vəziyyətini müzakirə ediblər.
BAKU.WS Komitəyə istinadən xəbər verir ki, həmçinin davamlı inkişaf, sakinlərin həyat keyfiyyətini və rahatlığını təmin etmək üçün ictimai məkanların yaradılması istiqamətində görüləcək işlər müzakirə olunub.
Bundan əlavə, A.Quliyev Balakən şəhərində Qax, Qəbələ, Oğuz, Zaqatala, Balakən və Şəki rayonlarından olan sakinlərlə görüşüb.
Qəbul zamanı torpaq münasibətləri, tikintiyə icazələrin verilməsi ilə bağlı suallar cavablandırılıb, Komitə tərəfindən yaradılan elektron icazə sisteminin üstünlükləri barədə vətəndaşlara ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...