BAKU.WS işıqlandırdı, sakinin problemi HƏLL OLUNDU - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün BAKU.WS-də işıqlandırılan problem həllini tapıb.
Belə ki, Kürdəmir rayonun Atakişili kəndində qəzalı vəziyyətdə olan işıq sayğacı yenisi ilə əvəz edilib.
Rayon İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, problem öz həllini tapıb.
Qeyd edilib ki, Kürdəmir rayon Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən qeyd olunan fərdi yaşayış evinə baxış keçirilib və abonentə məxsus elektrik sayğacı yenidən quraşdırılıb.
***23.10.2023 14:04
Kürdəmir rayonunda işıq sayğacı qəzalı vəziyyətə düşüb.
Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə məlumat daxil olub.
Bildirilib ki ki, rayonunun Atakişili kəndində yaşayan Qarayeva Yetər Qacar qızına aid tikilidə quraşdırılan sayğac divardan asılı vəziyyətdə qalıb.
Vətəndaş bildirib ki, “Azərişıq” əməkdaşları ona aid sayğacı istifadəyə yararsız vəziyyətdə quraşdırıblar.
Yaranmış vəziyyətlə bağlı aidiyyatı quruma dəfələrlə müraciət edilsə də, problem həllini tapmayıb.
BAKU.WS qəzalı vəziyyətdə olan sayğacın fotolarını təqdim edir:
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...