BAKU.WS-in Biləcəridə qaldırdığı problem həll edildi - FOTO/AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev BAKU.WS-ə bildirib ki, araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli 6 ağacın kəsildiyi müəyyən edilib və faktla bağlı akt tərtib olunub.
“Hazırda torpaq mülkiyyətçisinin və təqsirkarın müəyyən olunması, barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırma aparılır”.
Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən yeni ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilməsi üçün aidiyyəti qurumlara göstəriş verilib.
Qeyd edək ki, ötən gün Bakının Biləcəri qəsəbəsində ağacların kütləvi kəsilməsilə bağlı xəbər vermişdik.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ilə məşğul olan 31 məntəqədə kəsim qurğuları sökülüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir s...