BAKU.WS-in Instaqram səhifəsinin start verdiyi müsabiqənin qalibləri müəyyənləşdi
Sosial platformada böyük izləyici kütləsi olan BAKU.WS-in Instaqram səhifəsinin start verdiyi müsabiqənin qalibləri müəyyənləşib.
BAKU.WS xəbər verir ki, "Uşaqlar, sosial media və qadcetlər" mövzusunda keçirilən AI sosial video müsabiqəsinin yekununda 3 qalib məlum olub.
Hər üç qalib göndərikləri videolara görə müvafiq yerlərə sahib olublar. Qaliblər Instaqram izləyicilərinin səsverməsi nəticəsində müəyyənləşib.
Onlara tutduqları yerlərə görə müvafiq pul mükafatları təqdim edilib.
I yerin sahibi Murad Zeynalov olub. O süni intellektlə hazırlanan videosuna görə 1500 AZN mükafat qazanıb.
Müsabiqə ilə bağlı BAKU.WS-ə təəssuratlarını danışan Murad Zeynalov bildirib ki, qalib olmaq onun karyerası üçün çox yaxşı göstəricidir:
"Mən BAKU.WS-in Instaqram səhifəsini çoxdan izləyirdim. Bu layihəni də elə orada gördüm. Sahəm idi deyə qoşulmaq istədim. Beləliklə, şəffaf formada səsvermə keçirildi. Bir müddət sonra qaliblər müəyyənləşdi. Adımın üç qalib arasında olduğunu gördüm. Nə xoş mənə ki, qalib oldum. Bu mənim üçün çox yaxşı göstəricidir. Digər işlərimlə bağlı bu layihədə birinci yer tutmaq mənim üçün böyük uğur oldu".
BAKU.WS-in Instaqram səhifəsində "Uşaqlar, sosial media və qadcetlər" mövzusunda keçirilən müsabiqənin II yerinin sahibi isə Aygün Paşayeva olub. O müvafiq yer üçün nəzərdə tutulan 1000 AZN pul mükafatı qazanıb.
Aygün Paşayeva BAKU.WS-ə açıqlamasında bildirib ki, müsabiqəyə təsadüfən qatılıb:
"Bu müsabiqəni təsadüfən BAKU.WS-in Instaqram səhifəsində gördüm. Çox maraqlı gəldi. Bu səbəbdən videoları göndərərək iştirak etdim. Şansımı yoxlamaq istədim. Videolarım seçildiyi üçün sevindim. Qaliblər arasında olmaq mənim üçün çox xoş oldu. Bundan əvvəl də belə yarışlarda iştirak etmişdim. Bu yarış isə mənə əsl təkan oldu. Bundan sonra da əgər belə yarışlar olsa mütləq qatılıb, iştirak edəcəm".
Müsabiqədə III yeri isə Şəhla Əkbərova qazanıb. 27 yaşlı iştirakçı süni intellektlə hazırlanan videosuna görə 500 AZN mükafata sahib olub.
Müsabiqə ilə bağlı təəssuratlarını BAKU.WS-ə danışan Şəhla Əkbərova AI üzrə olan belə bir layihədə ilk dəfədir iştirak etdiyini vurğulayıb:
"AI üzrə ilk dəfədir belə yarışda iştirak edirəm. Yarışa qatılanda qaliblər sırasında olacağıma inanırdım. İştirak etmək üçün iki video göndərmişdim. Yarışda iştirak etmək mənim üçün çox maraqlı oldu.
BAKU.WS komandası olaraq "Uşaqlar, sosial media və qadcetlər" mövzusunda keçirilən AI sosial video müsabiqəsində iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk!
Oxşar xəbərlər
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
Azərbaycanda inşaat sektorunda qiymət sabitliyi iyun ayında da davam edib. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) BAKU.WS-ə verilən məlumata görə, ind...