Baku TV sağlam addımlarla yeni hədəflərə doğru irəliləyir

Baku TV sağlam addımlarla yeni hədəflərə doğru irəliləyir
Video
Sosial 35

Səkkiz il əvvəl yola çıxan Baku TV-nin əsas hədəfi ən aktual xəbərləri operativ və düzgün şəkildə tamaşaçılara çatdırmaq, etibarlı auditoriya yaratmaq olub.

Bu gün böyük kütləyə xitab etməyi bacaran, istər sosial şəbəkələrdə, istərsə də kabel və peyk yayımında dünyaya xitab edən Baku TV sağlam addımlarla yeni hədəflərə doğru irəliləyir.

Baku TV izləyicilərə canlı yayımlar, xəbər süjetləri, müsahibə və araşdırmalar, analitik və müəllif proqramları təqdim edir.

2018-ci il fevralın 18-də fəaliyyətə başlayan Baku TV-ni hazırda bütün yerli televiziya provayderlərində, eləcə də "Azerspace" peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür.

2025-ci il Baku TV üçün peşəkar jurnalistika, beynəlxalq əməkdaşlıqlar və rəqəmsal göstəricilərin güclənməsi baxımından əlamətdar olub.

Belə ki, Baku TV Qazaxıstan və Özbəkistanın aparıcı media qurumları ilə əməkdaşlıq memorandumları imzalayıb.

Baku TV-nin fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilib. Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media sahəsində göstərilən xidmətlərə görə kanalın üç əməkdaşı "Tərəqqi" medalı, 10 əməkdaşı isə "Azərbaycan Milli Mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif olunublar.

Son xəbərlər