Baku TV işıqlandırdı, Şamaxıdakı su problemi həllini tapdı - VİDEO

Baku TV işıqlandırdı, Şamaxıdakı su problemi həllini tapdı - VİDEO
Video
Sosial 60

Bir tərəfdə küçələrdə su axır, digər tərəfdə insanlar içməli suya həsrət qalıblar. Görüntülər Şamaxıdandır. Həftələrdir ki, partlayan su boru xətti insanların susuz qalmasına səbəb olub.

Şəhərin su-kanalizasiya sistemi 5 ildir ki, yenilənib. Bütün evlərə su xətləri çəkilib, amma bəzi məhəllələr var ki, hələ də içməli sudan istifadə olunmur.

Sakinlərin sözlərinə görə, qonşuluqda yerləşən məhəllə sakinləri sudan istifadə etdiyi halda sözü gedən küçələrə su gəlib çıxmır. Susuz qalan insanlar sadəcə borularda yığılıb qalan havanın səsini eşidirlər.

Məsələylə bağlı Azərsu ASC–nin Şamaxı rayon bölməsinə müraciət etdik. Yanlız Baku.Tv əməkdaşları çəkiliş apardıqdan sonra problemin həlli üçün əraziyə texnikalar cəlb olundu.

Vüsal Məcidovun sözlərinə görə, bütünlükdə 100-ə yaxın abonentin su problemini həll etmək üçün əraziyə çəkilən alternativ su xəttinin qoşulması ilə məsələnin köklü həlli mümkün olacaq. İnanırıq ki, problem, doğrudan deyildiyi kimi, qısa müddətdə öz həllini tapacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər