“Baku Bus” avtobuslarında sürücü işləmək istəyənlərin nəzərinə
"Baku Bus”da sürücü işləmək istəyənlər üçün təlimlərə başlanıb. "Baku Bus” MMC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 25-40 yaş arası "D” kateqoriyalı və ictimai nəqliyyatın idarə edilməsində minimum 3 illik əmək stajı olan sürücülərin hazırlığı üzrə idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ödənişli proqram layihəsinə başlanılıb. Məşğələlər "Yol hərəkəti qaydaları", "Nəzəri dərslər", "Praktiki məşğələlər", "Təhlükəsiz idarəetmə məşqləri”, "Psixoloji dərslər və ilk tibbi yardım, Təhlükəsizlik qaydaları", "Şəhərdə sürmə testi və baş vermiş qəzaların analizi " olmaqla 7 mövzunu əhatə edəcək. 10 gün davam edəcək təlimin sonunda " Baku Bus " MMC-yə məxsus avtobuslarda xidmətə tam hazır olmaq artıq sürücülərin öz əlindədir. Avstriyada təlim keçən yüksək peşəkar mütəxəssislər bu işdə sürücülərin bələdçisi olacaqlar. Test&Training Azerbaijan – Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu kurslar sürücülərə sürücülük peşəkarlığını artırmaq imkanı verir. Qeyd edək ki, təlimdən uğurla keçən sürücülər 4 ay müddətində "BakıBus” MMC-də işlə təmin olunacaqlar. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Sürücülərin nəzərinə: mərkəzi küçə açıldı (FOTO)
Bakıda əsas yollardan birində təmir işləri yekunlaşıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, təmri işlərin yekunlaşdığ...