Bakının qəsəbəsində iki yeni pulsuz çimərlik yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzərin sahilində yerləşən Nardaran qəsəbəsində iki yeni pulsuz çimərlik yaradılacaq.
BAKU.WS xəbər verir ki, "Sea Breeze"dən Caliber.Az-a verilən məlumata görə, onlar bu yay iki pulsuz çimərlik üçün böyük ərazi ayıracaqlar.
"Ancaq pulsuz olmalarına baxmayaraq, "Sea Breeze" işçiləri hər gün onlara baxacaq, hər gün təmizləyəcək və qulluq edəcəklər. Çimərliklərdən biri Ləyiş bağlarına, ikincisi isə Nardarana yaxın ərazidə olacaq”, - "Sea Breeze"dən bildirib.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə Ləyiş bağları və Nardaranda bütün sahilin tamamilə "Sea Breeze" tərəfindən hasara alındığı barədə məlumatlar yayılmışdı.
Oxşar xəbərlər
Caliber.Az-ın bir yaşı tamam olur! Baş redaktor Timur Hüseynov sayt və jurnalistikadakı problemlər barədə
Caliber.az informasiya-analitik portalının baş redaktoru Timur Hüseynov “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - İlk növbədə icazə verin, siz...