Bakının Nizami küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Nizami küçəsində hərəkət məhdudlaşdırılacaq
Sosial 176

Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar bu gecədən ərazidə hərəkət məhdudlaşdırılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, məhdudlaşdırma təmir işləri bitənə qədər qüvvədə olacaq.

“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - deyə qurum bəyan edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər