Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Sosial 364

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərində, Yusif Səfərov küçəsinin kəsişməsindən 28 May küçəsinin kəsişməsinə qədər olan hissəsində, Mehdi Mehdizadə küçəsində və 28 may küçəsinin Mehdi Mehdizadə küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsində mayın 8-i axşam saatlarından etibarən hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sürücülərə XƏBƏRDARLIQ - Bu küçələr bağlanacaq

Sürücülərə XƏBƏRDARLIQ - Bu küçələr bağlanacaq

Bakıda bəzi küçələr bağlanacaq. Bu barədə AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə bildirilib. Avtonəqliyyat vasitələrinin təhlük...

275 Sosial 16:43 07 may 2020

Son xəbərlər