Bakının məşhur məktəbi müsadirə oluna bilər - FOTO

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə olunması istənilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova - Məmmədovanın sədrliyi keçirilən iclasda dövlət ittihamçısının çıxışında bildirilib.
Prokuror Orxan Səmədov ümumi bazar dəyəri 70 milyon manat civarında qiymətləndirilmiş əmlakların müsadirə olunmasını istəyib.
Həmin əmlaklara Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.
Qeyd edək ki, prokuror Rasim Məmmədova 15 il həbs cəzası istəyib.

Oxşar xəbərlər
Hazırda həbs həyatı yaşayan keçmiş icra başçıları - SİYAHI
Ötən gün İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə V. Hacıyev 12 il azadlıqdan məh...
