Bakının bu ünvanında söküntü başlayır - Sakinlərə 2000 AZN kompensasiya veriləcək

Bakının bu ünvanında söküntü başlayır - Sakinlərə 2000 AZN kompensasiya veriləcək
Sosial 5

Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlər söküləcək.

BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət “Təzəpir” məscidi ətrafında yerləşən fərdi evlərdən gedir.

Artıq adı çəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Dövlət tərəfindən maliyyə ayrılan kimi həmin sakinlərin köçürülməsi prosesinə başlanılacaq.

Məlumata görə, söküntü Bəşir Səfəroğlu küçəsindən Azərbaycan propektindəki 5 mərtəbəli binaya qədər olan hissəni əhatə edəcək. Söküntü işlərinə başlamazdan əvvəl sakinlərə hər kavdratmetrə görə 1500+500 AZN kompensasiya veriləcək. Əlavə verilən 500 AZN maddi yardım kimi hesablanacaq.

Ərazidə yaşayan və evinin kvadratı az olan sakinlər üçün müəyyən güzəştlər olacaq və bu istiqamətdə təkliflər hazırlanacaq.

Oxşar xəbərlər

"Hacı Cavad", "Şah Abbas" və digər 5 məscidə imam təyin olunub - SİYAHI

"Hacı Cavad", "Şah Abbas" və digər 5 məscidə imam təyin olunub - SİYAHI

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində imam və imam müavini vəzifələrinin tutulması üçün keçirilmiş müsah...

186 Sosial 15:40 11 may 2023

Son xəbərlər