Bakının mərkəzində qanunsuz parkinqin yerində ağac əkildi - FOTO

Bakının mərkəzində qanunsuz parkinqin yerində ağac əkildi - FOTO
Sosial 189

Bakının mərkəzində yaradılan, sonradan sökülən qanunsuz parkinqin yerində ağac əkilib.

BAKU.WS xəbər verir ki, ağac Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən əkilib. Əkilən ağac Xan çinarıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı.

Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. Daha sonra parkinq sökülüb, səki bərpa edilib.

Bakının mərkəzində qanunsuz parkinqin yerində ağac əkildi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər