Şadlıq sarayının səbəb olduğu tullantıları icra hakimiyyəti TƏMİZLƏDİ

Şadlıq sarayının səbəb olduğu tullantıları icra hakimiyyəti TƏMİZLƏDİ
Foto Video
Sosial 401

Xətai rayonunda, "Mübarək" şadlıq sarayının yanında yerləşən zibil qabları yerli icra hakimiyyəti tərəfindən təmizlənib.

BAKU.WS xəbər verir ki, bu barədə Xətai rayon İcra Hakimiyyətindən məlumat verilib.

Görüntünü təqdim edirik:

Şadlıq sarayının səbəb olduğu tullantıları icra hakimiyyəti TƏMİZLƏDİ

***11:44

Xətai rayonunda zibil yığılmamasının səbəbi məlum olub.

Xətai Rayon İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, sözügedən ərazi ilə bağlı "Mübarək" şadlıq sarayı ilə müqavilə mövcuddur. Məlumata görə, ərazinin təmiz saxlanılması həmin obyektin öhdəliyindədir. Bildirilib ki, öhdəliklər yerinə yetirilmədiyi üçün ərazidə zibil problemi yaranıb. Məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyi qeyd olunub.

***10:37

Xətai rayonunda zibil yığılmaması sakinlərin narazılığına səbəb olub.

Vətəndaşın BAKU.WS-in "qaynar xətt"inə bildirdiyinə görə, artıq 4-5 gündür ərazi zibil içində qalıb. Şikayət Xocalı parkının düz yanında, "Mübarək" şadlıq evinin yaxınlığında yerləşən ərazini əhatə edir.

Sakinlər bildirirlər ki, yığılan məişət tullantıları ətraf mühitə xoşagəlməz qoxu yayır və sanitar vəziyyəti daha da ağırlaşdırır.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə sorğu göndərdik.

Şadlıq sarayının səbəb olduğu tullantıları icra hakimiyyəti TƏMİZLƏDİ

Şahanə Xankişiyeva

Son xəbərlər