Bakının mərkəzi küçələrindən biri "Formula 1"ə görə bağlanır

23
may
2022
16:32
"Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda Azadlıq - Neftçilər prospektinin kəsişməsi mayın 23-də saat 23:00-dan yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
BAKU.WS xəbər verir ki, Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Report-a verilən məlumata görə, bu, yarışa hazırlıq zamanı yollarda quraşdırma işləri ilə əlaqədardır.
Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.

Oxşar xəbərlər
Bakıda Formula 1-ə görə bu yollar bağlı olacaq
19 may saat 23:00-dan Səməd Vurğun-Zərifə Əliyeva küçələrinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq. Bakı Şəhər Halqası Əməli...