Bakının əsas küçə və prospektlərində tıxac var - SİYAHI

Bakının əsas küçə və prospektlərində tıxac var - SİYAHI
Sosial 156

Bakının əsas küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Bakı-Sumqayıt şosesi (Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şose boyu, 20 Yanvar dairəsi istiqamətində) güclü sıxlıq müşahidə olunur.

Eləcə də Yavər Əliyev küçəsi (aeroport şosesinə çıxan yol), Binəqədi şosesi (əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Ziya Bünyadov prospekti-əsas yol (əsasən Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində) sıxlıq səbəbindən nəqliyyatın hərəkətində ləngimələr mövcuddur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər