Bakının əsas küçələrdən birində hərəkət qismən məhdudlaşdırılacaq
Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, akademik Həsən Əliyev küçəsi - metronun "Koroğlu" stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki ("Şəki" restoranının qarşısında) dairədə aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq, 17 mart saat 6:00-dan etibarən akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Məlumata görə, sürücülərdən sözügedən ərazidə yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?
Sentyabrın 21-dən 27-dək olan həftə bəzi bürclər üçün yeni imkanlar, münasibətlərdə dəyişikliklər və gözlənilməz xəbərlərlə yadda qala bilər. BAKU.WS xəbər veri...