Bakının bu ünvanında evlər sökülür - Sakinlərə ayda 350 AZN kirayə haqqı veriləcək - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda bəzi yaşayış binalarının sökülməsinə başlanılıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.
Həmin binadan artıq sakinlər tam köçürülüb.
1960-ci ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.
Həmçinin proses davam edənədək 90 ailənin 2 il müddətində aylıq 350 manat kirayə haqqı qarşılanacaq.
Qeyd edək ki, ərazidəki 11 bina mərhələli şəkildə söküləcək. İlkin mərhələdə 4, növbəti mərhələdə isə 6 bina söküləcək.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...