Bakının bu ünvanında binalar sökülür - Sakinlərə yeni mənzillər

Bakının bu ünvanında binalar sökülür - Sakinlərə yeni mənzillər
Sosial 17

Bakının Yasamal rayonu ərazisindəki daha bir ünvanda beşmərtəbəli binaların söküntüsü planlaşdırılır.

BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət keçmiş 5 saylı çörək zavodu yaxınlığındakı binalardan gedir.

Belə ki, Zahid Xəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələri ərazisində yerləşən binalardan bəzilərinin söküntüsü həyata keçiriləcək. Sakinlərə söküləcək evləri müqabilində kompensasiyalar təklif olunur.

Evlərini tərk edən sakinlərə pilot layihə olaraq yeni binalardan 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur. Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara 700 manat kirayə pulu verilir.

Yeni binalarda mənzil almaq istəməyən vətəndaşlara isə kvadrat metri 1700 AZN-dən pul təklif olnunur.

Son xəbərlər