Bakının bu qəsəbəsində İŞIQ OLMAYACAQ
Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Biləcəri qəsəbəsinin bir sıra ərazilərində yerləşən bəzi yaşayış və sahibkarlıq obyektlərində, eləcə də yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, su hövzələrinə və digər istirahət məkanlarına kütləvi axını nəzərə alınaraq polis əməkdaşlarının həmi...