Bakının bu qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
BAKU.WS bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu səbəbdən 36, 50 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək məhdudiyyətə uyğun alternativ küçələrdən təşkil ediləcək.
A.Fətullayev küçəsinin öncədən təmir-tikinti işləri aparılan hissəsində işlər yekunlaşdığı üçün hərəkət bərpa edilib.
Oxşar xəbərlər
BNA bu avtobuslarla bağlı qərar verdi - Sabahdan etibarən...
Paytaxtda aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq sabah Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişmə...