Bakının bu prospektində hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakının bu prospektində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Sosial 175

Sabahdan başlayaraq Bakının Xətai rayonunun 8 noyabr prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

BAKU.WS xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məlumat yayıb.

Məlumata görə, prospekt boyunca asfalt-beton örtüyünün deformasiyaya uğramış hissələrinin təmiri davam etdiriləcək. İşlərin aparıldığı müddətdə propektdə hərəkət iş aparılan zolaq üzrə (digər hərəkət zolaqları açıq qalacaq) hissə-hissə məhdudlaşdırılacaq.

"Bu üzdən sürücülərdən propektdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə qurum bəyan edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər