Bakının bu küçələrində işıq olmayacaq
24
okt
2025
09:21
Bu gün Bakının Suraxanı rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BAKU.WS bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində oktyabrın 24-də təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Hövsan qəsəbəsi Elman Qasımov, Elçin Məmmədov, Oqtay Şabanov, Cəbrayıl Xanməmmədov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Bu ərazilərdə minifutbol meydançaları yenilənəcək - 1,2 milyonluq LAYİHƏ
"Azəridmanservis" MMC Bakı şəhəri və bir sıra bölgələrdə yerləşən minifutbol meydançalarının təmir və bərpasını həyata keçirəcək. BAKU.WS-in məlumatına görə, la...