Bakının bir sıra ərazilərində QAZ OLMAYACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz"dan BAKU.WS-ə verilən məlumata görə, Binəqədi rayonu ərazisində qaz xəttinin kipliyə sınaq olunması və siyirtmənin dəyişdirilməsi məqsədilə 27.08.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Məlumata görə, təmir işləri aparılan müddətdə Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin və Maqsud Davudoğlu küçəsinin, Binəqədi qəsəbəsinin Həsən bəy Zərdabi, Gülüstan 8, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Əliheydər Qarayev küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...