Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb
Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılır. Bununla əlaqədar olaraq saat 14:00-dək Xocəsən qəsəbəsi və Motodrom yaşayış massivi, saat 15:00-dək Binəqədi kəndi, Bakıxanov, G. Rüstəmov küçələri, eləcə də bu ünvanlara yaxın ərazidə yerləşən yeni yaşayış sahəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Hərbçi olmaq istəyənlərin nəzərinə - Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 31 may tarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi...