Bakının Azadlıq prospektində hərəkət məhdudlaşdırılacaq

Bakının Azadlıq prospektində hərəkət məhdudlaşdırılacaq
Sosial 416
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan saat 05:00-a qədər Bakının Azadlıq prospektinin Məsud Davudoğlu küçəsi ilə kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.Məlumata görə, bu üzdən sözügedən hissədə qeyd olunan müddət ərzində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək qısa müddətlik narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir”, - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər

Bakı-Sumqayıt şosesində hərəkət məhdudlaşdırılır

Bakı-Sumqayıt şosesində hərəkət məhdudlaşdırılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan səhər saat 06:00-dək isə Bakı-Sumqayıt şossesinin Xırdalan d...

803 Sosial 14:22 20 may 2019

Son xəbərlər