Bakıda bu yollardan keçməyin – XƏRİTƏ

Bakıda bu yollardan keçməyin – XƏRİTƏ
Sosial 1403

Şənbə və bazar günləri gecə saatlarında Bakının 2 ərazisində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah saat 23:00-dan oktyabrın 7-si saat 06:00-a qədər (7 saat) paytaxtın Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, oktyabrın 7-si saat 23:00-dan o biri gün saat 6:00-a qədər (7 saat) isə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.

"Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik", - qurum bəyan edib.

BAKU.WS

Oxşar xəbərlər

Sabah bu yollar bağlı olacaq

Sabah bu yollar bağlı olacaq

Bakının Binəqədi rayonunun Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar sabah saat 23:00-dan o biri gün saat 0...

1494 Sosial 19:01 14 sentyabr 2018

Son xəbərlər