"BakıKart" tətbiqində yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
""BakıKart" tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətindən bildirilib.
"Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün "BakıKart" tətbiqinin işləməməsi barədə məlumat vermişdik.
Oxşar xəbərlər
Parklanmaya görə cəriməni niyə DYP yox, AYNA yazır? - FOTO
Son günlər sosial şəbəkələrdə parklanma qaydalarını pozan sürücülərə cərimələrin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yazılması və ödənişlər...