Bakıətrafı qəsəbələrə yeni avtobus xətləri buraxılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın vaxtlarda Bakıətrafı qəsəbələrə yeni avtobus xətləri buraxılacaq.
BAKU.WS-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyasından əvvəl bununla bağlı silsilə tədbirlər həyata keçirilirdi:
"Bu məsələ ilə bağlı 115 kiçiktutumlu avtobus sifariş verilib. Pandemiya dövrü yekunlaşdıqdan sonra məsələni həll edəcəyik. Qeyd edim ki, sərnişin sıxlığı sırf avtobus çatışmazlığından deyil, intervalların çox olmasından asılıdır".
Oxşar xəbərlər
İlham Əliyev BNA rəhbərini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. BAKU.WS xəbər verir ki, son illər şəhər nəqliyy...