Bakıdakı velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirilib

11
okt
2024
16:55
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıdakı bəzi velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirib.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, paytaxtın Zərifə Əliyeva küçəsində velosiped yollarında 2 ədəd velosiped yol nişanı və 22 ədəd təhlükəsizlik səddi quraşdırılıb. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün Yusif Səfərov küçəsində də mikromobillik zolağında 22 ədəd təhlükəsizlik səddi yerləşdirilib.
Oxşar xəbərlər
Gələn il maaşlardan gəlir vergisi tutulacaq?
"2026-cı ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə daxilolmaların 2 milyard 567 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da cari...
