Bakıdakı tıxacın səbəbi bəlli oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda müşahidə edilən tıxacla bağlı açıqlama yayıb.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı-Sumqayıt şossesində-Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.
BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, ilkin məlumata görə yük avtomobili nasaz vəziyyətdə yolun hərəkət hissəsində qalıb:
“Ümumiyyətlə, avtomobillərin texniki sazlığına nəzarət gücləndirilməlidir. Gün ərzində onlarla avtomobil texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalır”.
Oxşar xəbərlər
Bakıda böyük tıxac - Avtobuslar gecikir - FOTO
Hazırda paytaxt yollarında, xüsusən də əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir. B...