Bakıda yüzlərlə sürücünün qaydaları pozmasının görüntüləri yayıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bir neçə gündür Z.Bünyadov prospektində "Çermet" körpüsünün başlanğıcında qayda pozan sürücüləri qeydə alan kamera quraşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, həmin yolda sağ zolaqlarla sürücülər gəlib, növbə gözləmədən sola keçənlər ciddi problem yaradırdılar: "Yəqin ki, hədəf bunun qarşısını almaqdır. Bu videoya baxın, görün necə kütləvi surətdə qayda pozulur.
Oradan keçəndə diqqətli olun ki, qaydanı pozub cərimələnməyəsiniz. Yəqin ki, ilk elektron qərarı almamış çoxları bu kameranı fərq etməyəcəklər".
Oxşar xəbərlər
Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar...