Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda körpünün üstündə baş verən qəzanın görüntüləri yayılıb.
Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.
Ziya Bünyadov prospektində baş verən qəza zamanı idarəetməni itirən yük maşının sürücüsü nəqliyyat vasitəsini körpünün üzərindəki dəmir maneələrə çırpıb.
***08:55
Bakıda körpünün üstündə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, idarəetməni itirən yük maşının sürücüsü nəqliyyat vasitəsini körpünün üzərindəki dəmir maneələrə çırpıb.
Nəticədə yol infrastruktruna ziyan dəyib, yol nişanları sıradan çıxıb.
Qəza səbəbindən prospektdə sıxlıq müşahidə edilib. Əraziyə DYP əməkdaşları cəlb edilib.
DYP əməkdaşları qəzanın aradan qaldırılmasını təmin ediblər. Hadisənin təfərrüatı araşıdırılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda tıxac olan küçə və prospektlər açıqlandı
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. BAKU.WS mərkəzin yaydı...