Bakıda yolun bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
26
mar
2021
18:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
27 mart tarixində hava limanı yolu üzərində yerləşən Sabunçu yol qovşağının Zabrat qəsəbəsi istiqamətində düşən hissəsində təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bu üzdən sözügedən yol ötürücüsü üzərində hərəkət təmir aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşaraq qeyd edilən ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti quraşdırılmış yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.
Oxşar xəbərlər
Bu küçədə yol qovşağının yaradılması işləri yekunlaşır - FOTO
Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına...