Bakıda yollarda "yaşıl dalğa" hansı hallarda verilir?
"Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) və Dövlət Yol Polisi
tərəfindən müayinələr aparılır. Yollarda yaşıl dalğanın verilməsi digər sürücülərdə çaşqınlıq yaratmaması və ya qəzaların baş verməməsi üçün hesablama və müayinələr aparılır və onun nəticəsinə uyğun olaraq aidiyyəti qurum tərəfindən qərar qəbul edilir".
Bu sözləri BAKU.WS-ə Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib.
Baş inspektor əlavə edib ki, əgər yollarda ciddi şəkildə tıxac varsa və həmin tıxacın aradan qalxması çətinləşirsə, Dövlət Yol Polisinin əməkdaşı əlaqəli və operativ şəkildə buna müdaxilə edir:
"DYP əməkdaşının işarəsindən sonra yolun operativ şəkildə açılması təmin olunur. Bu, sürücülərin qırmızı işıqforda hərəkət etməsi ilə də nəticələnir. Lakin sürücülər özbaşına deyil, yalnız DYP əməkdaşının işarəsindən sonra qırmızı işıqda hərəkət edə bilər. Nəzərə almaq lazımdır ki, kameralar vasitəsilə analiz aparıldıqdan sonra DYP əməkdaşı buna qərar verir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Qarabağla bağlı YENİ LAYİHƏ - 3,2 milyon ayrıldı
Xocəvənd rayonunun Tuğ qəsəbəsində sosial infrastruktur bərpa olunacaq. BAKU.WS-in Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində...