Bakıda yeni və köhnə binalarda mənzillərin 1 m²-i neçəyə satılır? - QİYMƏTLƏR

Bakıda yeni və köhnə binalarda mənzillərin 1 m²-i neçəyə satılır? - QİYMƏTLƏR
Sosial 1216

"Yeni və köhnə tikililərin qiymət səviyyələri arasında da fərqlər müşahidə olunur".

BAKU.WS xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev məlumat verib.

Onun sözlərinə görə, 2025-ci ilin əvvəlində yeni tikililərdə 1 m²-i orta qiyməti köhnə binalara nisbətən yüksək olub və bəzi məlumatlara görə orta hesabla 2167 AZN/kv.m təşkil edib. Köhnə tikililərdə isə kvadratmetr qiymətləri daha ucuzdur və bazar üzrə ortalama bu segmentdə 1800–1900 AZN/kv.m civarındadır:

"Bu fərq bir tərəfdən yeni binaların daha müasir infrastrukturu və tələbatlı olması ilə izah edilir, digər tərəfdən köhnə binaların bəzilərinin (xüsusilə istismar müddəti çox olanların) kreditlə satış imkanlarının məhdudlaşması onların qiymət artımını ləngidir. Nəticədə, 2024-2025-ci illərdə yeni tikililərin təkrar bazardakı qiymətləri köhnə mənzillərdən daha sürətlə artmağa davam edib (illik 14-15% vs 10-11% artım)", - deyə ekspert vurğulayıb.

Oxşar xəbərlər

Son xəbərlər