Bakıda yeni tunel tikiləcək - Daha bir ərazidə söküntü başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yeni tunel tikiləcək. Tunelin tikintisi məqsədilə bir sıra plana düşən evlər söküləcək.
BAKU.WS İTV-yə istinadən xəbər verir ki, tunelin məqsədi "20 Yanvar" dairəsi və "Şamaxinka"dan gedən sıxlığın aradan qaldırılmasıdır.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 25 layihənin icrası nəzərdə tutulur.
"Artıq onun bir neçəsində işlərə start verilib, bir neçəsində isə yaxın müddətdə işlərə başlanılması nəzərdə tutulur. O cümlədən, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindən Kənar Dairəvi yola çıxan tunelin inşası nəzərdə tutulur".
Artıq söküntü işləri ilə bağlı sakinlərə rəsmi bildirişlər təqdim edilib.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...