Bakıda “Yango” şirkətinin tərəfdaşı olan və yeni avtomobillərə malik taksi parkı açılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda “Yango” şirkətinin tərəfdaşı olan “Yes Park” adlı taksi parkının açılışı olub.
Sürücülərə sifarişləri yeni avtomobillərdə qəbul etməyə imkan verən park ümumilikdə 60-dan çox avtomobil əldə edib.
Taksi parkının açılışı “Yango”nun tələblərinə cavab verən tərəfdaşların avtomobil parkının yenilənməsi proqramı çərçivəsində baş tutub.
“Tərəfdaşlarımızla birlikdə biz taksi xidmətlərini sərnişinlər üçün daha rahat və təhlükəsiz etməyə çalışırıq” – “Yango” şirkətinin Azərbaycan üzrə rəhbəri Müşviq Həsənov bildirilib. O həmçinin qeyd edib ki, şirkət bu yaxınlarda daşıyıcı şirkətlərə yeni avtomobillərin alınması və lizinqi üçün güzəştli kredit şərtləri əldə etməyə imkan verəcək proqramın icrasına start verib.
“Bu, onlara avtomobil parkını qısa müddətdə modernləşdirməyə və göstərilən xidmət keyfiyyətini yüksəltməyə kömək edəcək. “Yes Park”ın açılışı proqramın işinin əyani nümunəsidir. Taksi parkında sürücülər üçün təlim mərkəzi fəaliyyət göstərir. Təlimlər sürücülərin peşəkarlıq səviyyəsini yüksəltməyə və sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərməyə kömək edəcək”.
“Yes Park”ın direktoru Orxan Əliyev deyib ki, xüsusi olaraq açılış üçün son illərin istehsalı olan 60 ədəd avtomobil almışıq.
"Avtomobil parkımızın üçdə bir hissəsini ekoloji cəhətdən təmiz nəqliyyat növü olan elektrik avtomobillər təşkil edir. Ümid edirik ki, “Yango” ilə birlikdə, xüsusilə bu il Bakıda keçiriləcək COP29 iqlim sammitinə hazırlıq çərçivəsində bu sahəni inkişaf etdirməyə davam edəcəyik”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...