Bakıda yağışlı hava nə vaxtadək davam edəcək?

Bakıda yağışlı hava nə vaxtadək davam edəcək?
Sosial 8

"Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir".

BAKU.WS xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ölkənin bəzi yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış yağır:

“Balakan, Şəki bölgəsinin bəzi yerlərində intensiv və güclü yağış müşahidə olunur. Ən çox yağıntı miqdarı Qax, Şəki, Zaqatala və Qəbələdə qeydə alınıb. Digər bölgələrdə isə nisbətən az yağıntı olub”.

A.Verdiyevin sözlərinə görə, Zaqatala, Şəki və Tərtərdə şimal-qərb küləyi əsib. Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 12-nə kimi davam edəcək. Bakı və Abşeron yarımadasında sentyabrın 9-10-da yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində yağışın intensiv olacağı gözlənilir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Avqustda da hava qeyri-sabit keçəcək? - AYLIQ PROQNOZ

Avqustda da hava qeyri-sabit keçəcək? - AYLIQ PROQNOZ

Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətind...

1545 Sosial 16:51 31 iyul 2023

Son xəbərlər