Bakıda xəstəxanalarda koronavirus xəstələri üçün yer yoxdur? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda modul tipli xəstəxanalar fəaliyyət göstərir, buna görə də xəstəxanalarda yer olmaması kimi bir problemimiz yoxdur".
Bunu BAKU.WS-ə açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.
O əlavə edib ki, Bakıda xəstəxanalarda koronavirus xəstələri üçün yerlərin olmaması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Düzdür, yoluxma sayı artır. Lakin virusa yoluxmuş şəxslər ağırlıq dərəcəsindən asılı olaraq xəstəxanalara yerləşdirilir. Bilirsiniz ki, modul tipli xəstəxanalar fəaliyyət göstərir, buna görə də xəstəxanalarda yer olmaması kimi bir problemimiz yoxdur".
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda daha 338 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib
Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılı...