Bakıda vətəndaşın su xəttini kəsdilər - Blok su içində qaldı

Bakıda vətəndaşın su xəttini kəsdilər - Blok su içində qaldı
Video
Sosial 133

Bakı şəhərinin Sahil qəsəbəsində, Emin Quliyev küçəsi 64 ünvanında yaşayan sakinlər su təchizatı ilə bağlı ciddi problemlə üzləşiblər.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Sakinlərin sözlərinə görə, binanın su borusu kəsilsə də, gecə saatlarından etibarən 9-cu mərtəbədən 1-ci mərtəbəyədək su axını müşahidə olunub və hazırda da davam edir.

İddialara əsasən, suyun nəzarətsiz şəkildə axması həm israfa, həm də binanın daxili infrastrukturuna zərər vurulması riskinə səbəb olub.

Problemin hansı səbəbdən yarandığı və nə vaxt aradan qaldırılacağı isə hələlik açıqlanmayıb.

Son xəbərlər