Bakıda vətəndaşlar karantin qaydalarına məhəl qoymur - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq, metronun qarşısında insan sıxlığı müşahidə olunur.
Hazırda qoruyucu maskadan istifadə etməmək adi hal halıb. Dayanacaqlarda ara məsafəsinə əməl etməyənlər, heç bir səbəb olmadan hətta uşaqları ilə birgə çölə çıxanlar sanki ölkədə pandemiyanın başa çatdığını düşünürlər. Amma xüsusi karantin rejimi qaydasını pozan vətəndaşlar polis əməkdaşlarının gözündən yayına bilmir.
Xezerxeber.az-ın məlumatına görə, icazə almadan çölə çıxan bəzi vətəndaşlar özlərinə haqq qazandırmaq üçün polis əməkdaşlarına müxtəlif bəhanələr gətirir.
Ölkədə xüsusi karantin rejiminin yumşaldılmasından istifadə edən bəzi vətəndaşlar, xüsusən də ictimai yerlərdə virusdan qorunmaq üçün tələblərə riayət etmirlər.
Vətəndaşlardan zərurət olmadan evdən çıxmamaq, ictimai yerlərdə sosial məsafəni qorumaq tələb olunsa da, buna məhəl qoyanlar azdır.
Bir daha xatırladaq ki, polis xüsusi karantin rejimi qaydalarını pozan hər bir şəxsi 100 manat miqdarında cərimə edir.
Oxşar xəbərlər
"Hökumət təcili tədbirlər görməlidir" - Həkimlərdən koronavirusla bağlı HƏYƏCAN TƏBİLİ
Aprelin 27-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra çölə çıxan insanların sayı çoxalıb. Paytaxtda insan çoxluğu müşahidə olunur. SMS icazə sistemin...