Bakıda üç gölün tullantılardan təmizlənməsinə başlanılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakıda üç gölün tullantılardan təmizlənməsinə başlanılacaq".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dövri iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O bildirib ki, İqtisadiyyat Nazirliyi və Dünya Bankı arasında yeni layihələrin icrası planlaşdırılır:
"2025-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi olaraq Dünya Bank ilə birgə həyata keçirilən Bakı qrant layihəsinin təşkilini təmin etmişik. Layihənin əsas məqsədi şəhər idarəçiliyinin dəstəklənməsi, ictimai xidmətlərin inkişafı və yaşıl iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində texnologiyaların tətbiqidir.
Qrant layihəsi çərçivəsində növbəti mərhələdə Dünya Bankı ilə yeni layihələrin icrası planlaşdırılır və hazırda bu istiqamətdə işlər davam etdirilir. Layihənin əsas komponentlərindən biri Bakı ətrafındakı üç gölün - Böyükşor, Zığ və Xocəsən göllərinin təmizlənməsidir".
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...