Bakıda "Toyota Prius"lar niyə tez-tez qəza törədir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər "Toyota Prius" markalı avtomobillərin iştirakı ilə tez-tez yol nəqliyyat hadisələri baş verir.
Bəzi hallarda hadisəni real görməsək də, həmin markadan olan nəqliyyat vasitələrinin üzərindəki əziklərdən onun qəzaya uğradığını düşünmək olar. Bu zaman belə bir sual aktuallaşır. ''Prius''lara vaxtında texniki qulluq göstərilmir, yoxsa sürücüləri təcrübəsizdir? Bu suallar elə prius sürücülərinə də ünvanlanıb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, digər nəqliyyat vasitələri ilə müqayisədə ekonom olduğu üçün taksi fəaliyyəti ilə məşğul olanlar məhz bu avtomobillərə üstünlük verirlər. Taksi fəaliyyəti ilə məşğul olanlar da gərgin iş qrafikində işlədikləri üçün şəhər ərazisində qəzalar qaçılmaz olur.
Avtomobil ustası Sahil Ağabəyli hesab edir ki, vaxtında göstərilməyən texniki qulluq da qəzalara gətirib çıxara bilər.
Sonda belə qənaətə gəlmək olar ki, istənilən yol nəqliyyat hadisəsində marka yox, sürücü faktoru daha böyük rol oynayır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...