Bakıda torpaq sürüşməsi baş verib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Səbail rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb.
BAKU.WS Xəzər TV-yə istinadən xatırladır ki, buradakı yolda əvvəllər iki dəfə sürüşmə baş verib.
Sakinlər deyirlər ki, ərazidə yaşayış zonasının olması təhlükəni artırır.
Avtomobillə ərazidən mütəmadi keçən şəxslər bildirirlər ki, əvvəlki illərdəki böyük sürüşmə zamanı yol bağlanmışdı. Yenidən belə hadisənin baş verməməsi üçün işlər görülməlidir.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı açıqlama verilməyib.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, quruma sürüşmə ilə bağlı heç bir müraciət daxil olmayıb.
Oxşar xəbərlər
Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi: Valideynlər nələri bilməlidir?
Nazirlər Kabinetinin qərarı ilə "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisa...