Bakıda tıxac yaranan yollar - SİYAHI

Bakıda tıxac yaranan yollar - SİYAHI
Sosial 131

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında sıxlıq yaranan ərazilərin siyahısını açıqlayıb.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, hazırda sıxlıq olan yollar bunlardır:

Bakı-Sumqayıt şosesi – Xırdalan dairəsi istiqamətindən başlayaraq 20 Yanvar dairəsi istiqaməti;

Binəqədi şosesi – əsasən Biləcəri–Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində;

Babək prospekti – Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində;

Heydər Əliyev prospekti – köməkçi yol - Koroğlu metro stansiyasının qarşısından, şəhər mərkəzi istiqamətində;

Zabrat şosesi – Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində;

Mikayıl Əliyev küçəsi – Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində;

Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsindən, eyni zamanda Qurd Qapısı istiqamətində yollarda sıxlıq var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər