Bakıda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır - FOTO

Bakıda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır - FOTO
Foto
Sosial 287

Bakı Şəhər İcra Hakimiyyəti Məbuat Xidmətinin verdiyi məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib.

Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Məktəbəqədər Təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Mətbuat xidmətindən həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də vurğulanmışdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər