Bakıda təmizlik-dezinfeksiya işləri aparılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Vətən müharibəsində qazanılmış tarixi Qələbə münasibətilə Bakı şəhərinin Azadlıq meydanında əzəmətli Zəfər paradı, axşam saatlarında isə Dənizkənarı Milli Parkda Bakı Şəhər İcra Hakimiyyətinın (BŞİH) təşkilatçılığı ilə atəşfəşanlıq keçirilib.
BŞİH-dən BAKU.WS-ə verilən məlumata görə, çoxsaylı insanların iştirakı ilə başa çatan tədbirlərdən dərhal sonra paytaxtın kommunal xidmətlərinin əməkdaşları ərazidə sanitar-təmizlik işləri aparıb, gecə saatlarında isə kommunal departamentin xüsusi təyinatlı nəqliyyat vasitələri tərəfindən mərkəz ərazilərdə bütün küçələr xüsusi kimyəvi vasitələrlə dezinfeksiya edilib.
Paytaxtda sanitar-təmizliyin yüksək səviyyədə təminatı ilə bağlı işlər gündəlik davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Çimərlik və su istirahət mərkəzlərinin işləmə qaydası açıqlandı - RƏSMİ
Çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib. BAKU.WS xəbər verir ki, met...